Noyabrın 15-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda konfrans keçirilib.
Komitə sədrinin müavini Sahib Nağıyev ölkədə tolerantlığın möhkəmlənməsində ulu öndər Heydər Əliyevin tolerantlığa verdiyi önəmdən danışıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Bibliya Cəmiyyəti Xristian dini icmasının sədri Rasim Xəlilov, Bəhailər Mərkəzinin katibi Ramazan Əsgərli çıxış edərək ulu öndər Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində respublikamızda yaşayan dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsindən, ölkəmizin nümunəvi tolerantlıq modelini formalaşdırmasından söhbət açıblar.
Anar Turan
XQ