Aşıq Hüseyn Bozalqanlının 160 illiyi qeyd olunub

post-img

Aşıq Hüseyn Bozalqanlının anadan olmasının 160 illiyi ilə bağlı tədbir keçirilib.

XQ xəbər verir ki, Aşıqlar Birliyinin təşkilatçılığı ilə R.Behbudov adına Mahnı Teatrında baş tutan tədbirdə saz-söz sevərlər, dövlət və mədəniyyət işçiləri iştirak ediblər.

Qeyd edək ki, aşıq ədəbiyyatının dərin bilicisi olan sənətkar 1863-cü ildə Tovuz rayonun Bozalqanlı kəndində dünyaya gəlib. Onun irsi tədqiqatçılar tərəfindən öyrənilmiş və bu gün də öyrənilməkdədir. Bu il aşığın ikicildliyi çap oluub.

Hüseyn Bozalqanlı Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunan ilk aşıqdır. O, “Qara Tanrıverdi”, “Nəriman”, “Xanlar”, “Hacı Tağı” dastanlarının yaradıcısıdır. Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb. 

Hüseyn Bozalqanlı 1941-ci il noyabrın 13-də vəfat edib.

 

Rizvan FİKRƏTOĞLU

XQ



Mədəniyyət