“Diplomatiya gənclərin gözü ilə” layihəsinə start verilib

post-img

Azərbaycan Universitetində Siyasi elmlər kafedrasının nəzdində fəaliyyət göstərən “Gənc diplomatlar” klubunun və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən “Diplomatiya gənclərin gözü ilə” layihəsi çərçivəsində ilk görüş baş tutub. Layihənin ilk qonağı Milli Məclisinin deputatı, texnika elmləri üzrə fəlsəfə doktoru Sadiq Qurbanov olub. 

Görüşdə “Heydər Əliyevin gənclər siyasəti”, “Heydər Əliyevin siyasi baxışları”, “Azərbaycançılıq ideologiyası”, “Azərbaycanın diplomatik uğurları” mövzularından bəhs edilib. Mövzular çərçivəsində tələbələrin sualları cavablandırılıb.

Azərbaycan Universiteti Siyasi elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski bildirib ki, həyata keçirilən “Diplomatiya gənclərin gözü ilə” layihəsi müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin diplomatiya sahəsində kadr kimi hazırlanması məqsədi daşıyır və bundan sonra da gənclərlə görüşlər davam edəcək. 

 

Rizvan FİKRƏTOĞLU

XQ

Elm