Alimlər unutqanlığın funksional əhəmiyyəti ola biləcəyini düşünürlər

post-img

Aparılan ən yeni araşdırmalar nəticəsində neyroloqlar “unutmaq” adlanan prosesin, əslində, öyrənmənin bir hissəsi olması qənaətinə gəliblər.

Trinity Dublin Universitetinin alimləri qeyd ediblər ki, əslində, unutmaq heç də əvvəllər düşündüyümüz kimi, bu və ya digər məlumatın beynimizdən silinməsi demək deyil, əksinə, bir məlumat unudularkən beyinin aktiv bazasından passiv bazaya köçürülür. Passiv bazaya ötürülən məlumat ehtimal ki, çox uzun müddət istifadə edilmir, ancaq hər hansı yardımçı siqnal vasitəsilə anında aktiv bazaya bərpa edilə bilir.

Professor Tomas Ryanın fikrincə, insan beyni, hətta 5 saniyə gördüyü istənilən vizual görüntünü belə heç vaxt yaddaşından silmir: “Yuxularımızda görüb tanımadığımız insanlar, əslində, bizim passiv yaddaşımıza köçürülmüş məlumatlardır”.

Anar Əli,
“Xalq qəzeti”

Elm