AMEA-nın Ədəbiyyat İnstitutunun elektron akt zalında Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Ədəbiyyatı Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi və Türk Ağsaqqalları Birliyinin (TAİB) birgə təşkilatçılığı ilə “Türk dünyasının ortaq ədəbiyyatı” adlı tədbir keçiriləcək.
Tədbir İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində baş tutacaq.
Qeyd edək ki, AMEA-nın Əsas binasının önündəki Elmlər Akademiyası parkında keçirilən festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçirilir. Hər gün bir türk ölkəsinin adı ilə keçirilən festivalda eyni zamanda müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri təşkil olunur.
Anar ƏLİ,
“Xalq qəzeti”