İlin ilk Ay tutulması başlayıb

post-img

Tutulma hadisəsi Azərbaycanda saat 19:38-dən etibarən müşahidə olunacaq.

Bu ilin ilk Ay tutulması hadisəsi başlayıb. Bu hadisə yarımkölgəli Ay tutulmasıdır.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından "Xalq qəzeti"nə bildirilib ki, tutulma hadisəsi saat 19:14-də başlayıb və saat 23:31-də sona çatacaq. Tutulmanın maksimumu saat 21:24-də qeydə alınacaq.

Tutulma hadisəsini Cənub-Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktidada görmək mümkündür.

Qeyd edək ki, tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda saat 19:38-dən etibarən müşahidə olunacaq.

Elm