ATMU əməkdaşları Polşa təcrübəsini öyrənirlər

post-img

       Azərbaycan Turizm və Menecment Universitetinin yeddi nəfərdən ibarət nümayəndə heyəti Polşanın Varşava Universitetinin təşkilatçısı olduğu seminarlarda yaxından iştirak ediblər. 

    Tədbir Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən Erasmus+ “Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən Təcrübə Müəssisələri pilot kursları, PICASP” adlı layihə çərçivəsində gerçəkləşib. Tədbirin ATMU üzrə koordinatoru Faina Qaçabəyova bildirib ki, seminarların gedişatında əsasən muzeyşünaslıq və turizm istiqamətli fənlərin tədrisində müasir metodlardan istifadə olunması, mədəni irsin qorunması sahəsində Polşan təcrübəsinin öyrənilməsi, eləcə də sənaye ilə əməkdaşlıq əsasında ali təhsil müəssisələrində müvafiq sahə üzrə kadr hazırlığı səviyyəsinin yüksəldilməsi məsələləri diqqətdə saxlanılıb. Toplantı iştirakçıları layihə üzrə icrası yekunlaşan fəaliyyətin dinamikası, ilkin nəticələrin təqdimatı və nəzərdə tutulan tədbirlərə də münasibət bildiriblər.  

      Adıçəkilən layihənin icrasında kütləvi açıq ödənişsiz onlayn kursların (MOOCs) təşkilinin davam etdirilməsi və akademik heyətə metodiki dəstəyin gücləndirilməsi nəzərdə tutulub. 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”



Elm