AMEA-da keçirilən Vikipediya təlimlərinə böyük maraq var

post-img

AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Akademiyanın Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat və Məhəmməd Füzuli adına Əlyazmalar institutlarının əməkdaşlarına Vikipediya təlimlərinə başlanılıb.

Təlimlər Mərkəzi Elmi Kitabxananın təlimçi-əməkdaşları tərəfindən keçirilir. Məqsəd Akademiyanın hər bir institutunda könüllü Vikipediya qruplarının formalaşdırılmasıdır. Həmin qruplar mövcud olan məqalələrin redaktəsi və yeni məqalələrin yaradılmasını həyata keçirəcəklər. Təlimlərə könüllülər tərəfindən də böyük maraq var.
Eyni zamanda Azərbaycan İlahiyyat İnstitutunun tələbə və magistrantları da könüllü surətdə təlimlərdə iştirak edirlər.

Qeyd edək ki, yaxın zamanlarda Akademiyanın digər institutlarının könüllü əməkdaşlarına da təlimlərin keçirilməsi nəzərdə tutulub.

Anar Əli

"Xalq qəzeti"

Elm