Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən,aprelin 22-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 10-13°, gündüz 20-24° isti olacaAtmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 50-60 faiz olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. olacaq Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-12°, gündüz 22-27°, dağlarda gecə 0-5°, gündüz 12-17° isti olacaq.
Q.QASIMOV
XQ