Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin bildirdiyinə görə, 2026-cı ildə “Masdar”ın 2 layihəsinin – 445 meqavatlıq Biləsuvar və 315 meqavatlıq Neftçala günəş enerjisi stansiyalarının istismara veriləcəyi planlaşdırılır.
C.Abdullayevin sözlərinə görə, hərracı keçirilən 100 meqavat gücündə Qobustan Günəş Elektrik Stansiyasının da 2026-cı ilin sonuna qədər istismara hazır olacağı proqnozlaşdırılır. Daha bir 100 meqavatlıq stansiyanın isə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcəyi nəzərdə tutulur. Bu layihənin də 2026-cı ilin sonuna qədər reallaşdırılacağı hədəflənir.
Agentlik direktoru qeyd edib ki, adları çəkilən layihələrlə bağlı strateji məsələlər artıq həll edilərək müvafiq müqavilələr imzalanıb və icrası ilə bağlı qarşıya önəmli vəzifələr qoyulub.