Pakistanın paytaxtı İslamabadda keçirilən Post-COP29 seminarında bu ölkənin Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit üzrə koordinatoru Romina Xurşid Alam, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov və digər vəzifəli şəxslər iştirak ediblər.
X.Fərhadov çıxışında COP29-un uğurla keçdiyini, çox sayda dünya liderinin Azərbaycana gəldiyini, müzakirələrdə 76 mindən çox insanın iştirak etdiyini diqqətə çatdırıb. R.Alam isə Pakistanın iqlim konfransında texniki və siyasi danışıqlarından söz açaraq, beynəlxalq müşahidəçilərin bu danışıqları yüksək qiymətləndirdiklərini söyləyib. O, Pakistanın tezliklə “yaşıl” enerji ilə əlaqədar yol xəritəsini formalaşdırmaq üçün V20 toplantısına evsahibliyi edəcəyini bildirib.