Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycan OPEC Beynəlxalq İnkişaf Fondu ilə enerji təhlükəsizliyi və əməkdaşlıq perspektivlərini müzakirə edib. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşündə tərəflər qarşılıqlı əlaqələrin təşviqi, bərpaolunan enerji və özəl sektorun maliyyələşdirilməsinə dair layihələr çərçivəsində birgə fəaliyyət barədə fikir mübadiləsi aparıblar.
Görüşdə iqlim fəaliyyətində enerjinin inklüziv şərtlər əsasında keçidinin vacibliyi vurğulanıb, davamlı inkişaf, iqtisadi şaxələnmə istiqamətində prioritetləri müzakirə edilib.