“AzərEnerji” və “Azərişıq” ASC-lər COP29-da geniş pavliyonla təmsil olunur

post-img

COP29 çərçivəsində “AzərEnerji” və “Azərişıq” Yaşıl Zonada  geniş pavliyonla təmsil olunurlar. Burada ziyarətçilərə maketlər və hazırlanan təqdimatlar üzərindən geniş məlumatlar verilir. O cümlədən tanıtım bükletləri və kataloqlar paylanılır.   

“AzərEnerji”nin dekarbonizasiya layihələrini gerçəkləşdirməsi, “Yaşıl enerji zonası” elan edilən Qarbağ və Şərqi Zəngəzurda 4 ildən az müddətdə ümumi gücü 270 meqavat olan 32 ədəd su elektrik stansiyasını tikməsi haqqında məlumatlar qonaqların geniş marağına səbəb olur. 

“AzərEnerji” Yaşıl Zonada 6 tədbirin, 5 imza mərasiminin və tanınmış beynəlxalq enerji şirkətlərinin rəhbərləri ilə müxtəlif görüşlərin keçirilməsini planlaşdırıb.

Ekologiya