Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, noyabrın 20-də Bakıda COP29 çərçivəsində keçiriləcək “Yaşıl şəhər nəqliyyatı” mövzusunda “dəyirmi masa” Urbanizasiya, Turizm və Nəqliyyat Gününə həsr ediləcək.
Tədbir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Beynəlxalq Nəqliyyat Forumu və BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramının təşkilatçılığı ilə gerçəkləşəcək.