“Qaradağ” Günəş Elektrik Stansiyasında (GES) istismara verildiyi tarixdən indiyədək 458,8 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Energetika Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 26-da rəsmi açılış mərasimi keçirilən stansiya ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etdiyi üçün “yaşıl” enerji mənbəyi hesab olunur. Burada ekoloji cəhətdən təmiz enerji istehsal edilməklə atmosferə istixana effekti yaradan qazların atılmasının qarşısı alınır.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa olunan “Qaradağ” Günəş Elektrik Stansiyasının ümumi istehsal gücü 230 meqavat təşkil edir.