Gənclərin ekoloji hədəfləri

post-img

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ümumrespublika “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsində çıxışı zamanı bildirib ki, iqlim dəyişikliyi, təbii ehtiyatların qorunması və səmərəli istifadəsi, ekosistemlərin dayanıqlılığının gerçəkləşdirilməsi, tullantıların idarə edilməsi, meşələrin artırılması, səhralaşmanın və torpaq deqradasiyasının qarşısının alınması ilə bağlı məsələlərin həllində yaradıcı gənclərin iştirakına böyük ümid bəslənilir.

Nazir müavininin sözlərinə görə, bu gün Azərbaycan sürətli inkişaf dövrünü yaşayır və bu da yaradıcı, intellektual gənclər üçün öz təşəbbüslərini reallaşdırmaqda yeni imkanlar yaradır. Gənclərin iqlim dəyişikliyi ilə mübarizədə yeni yanaşmaların tətbiqi, modern və çevik idarəetmə formalarından istifadə sahəsində fəaliyyətləri nəzərəçarpacaq dərəcədə hiss olunur: “Onlar ətraf mühitin qorunması və ekoloji maarifləndirmə istiqamətində novator baxışları ilə seçilir, öz bacarıqlarını nümayiş etdirir, ətraf mühitlə bağlı məsələlərin həllində təşəbbüskarlıq göstərirlər”.

Ekologiya