COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən “Yaşıl maliyyə və dayanıqlı inkişaf” forumunda Azərbaycanın növbəti illərdə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) iqlim proseslərinin aktiv iştirakçısı olacağını bildirib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət bu səbəbdən cari il respublikamızdan liderlik, yaxşı nümunələr, eyni zamanda, bank sektorundan da kreativ və maraqlı təkliflər gözləyirlər.
Nazir Azərbaycanın gələn il COP-un iqlim proseslərinə sədrlik edəcəyini də vurğulayıb.