Şirvanda ağacəkmə aksiyası

post-img

Şirvanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şəhərin Heydər Əliyev prospekti boyunca olan ərazidə, M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında 18 Oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada şəhərdəki idarə və müəlssisələrin kollektivləri, məktəblərin yuxarı sinif şagirdləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Həmin gün şəhərdə 920-dən çox şam və sərv ağacı əkilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.

Fidan SALMAN
XQ

Ekologiya