Qarabağda karbon “xalis sıfır”a endiriləcək

post-img

Energetika naziri Pərviz Şahbazov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel iclasında Qarabağda “yaşıl” enerji zonalarının yaradılmasının “xalis sıfır”a keçid üçün əsas olacağını bildirib.

Nazir 2030-cu ilə qədər 7 giqavat “yaşıl” enerjinin reallaşdırılacağının və bunun 70 faizinin ixrac olunacağının planlaşdırıldığını vurğulayaraq bu göstəricilərin Mərkəzi Asiyadan Avropaya daha geniş coğrafiyada “yaşıl” enerji keçidinə mühüm töhfə verəcəyini qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın regionda COP29-a ilk evsahibliyi edən ölkə kimi, Paris Sazişinin yeni razılaşması və 6-cı maddəsinin həyata keçirilməsi də daxil olmaqla, iqlim konfransında balanslaşdırılmış nəticə əldə etmək üçün iddialı gündəm var. COP29 Prezidentliyi maliyyə axınının əhəmiyyətli dərəcədə artırılmasına diqqət yetirərkən, eyni zamanda, maneələrin sürətlə aradan qalxmasına yol açacaq.

Ekologiya