COP29-un sədri kimi Azərbaycan ona həvalə edilmiş çətin vəzifənin öhdəsindən uğurla gəlir.
Bu sözləri COP29-un İqlim şəffaflığı üzrə yüksək səviyyəli həmkarı, İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro Pre-COP29 ilkin konfransı çərçivəsindəki çıxışında deyib.
F.Korvaro qeyd edib ki, Bakıda keçiriləcək COP29-da çətin vəzifələr həll edilməli olacaq. O, tərəflərin razılığa gələ biləcəyinə əminliyini ifadə edib: “Bizim qarşımızda iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin müzakirəsi dayanır. İnanıram ki, tərəflər ümumi fikrə gələ və iqlim fondlarının gələcəyi üçün bu istiqamətdə növbəti addımları razılaşdıra biləcəklər”.