Beynəlxalq İqlim və İnkişaf İnstitutu Bakıda keçiriləcək COP29 konfransında iqlim maliyyəsi ilə bağlı danışıqlardan yaxşı nəticələr gözləyir.
Bu barədə institutun nümayəndəsi Una Mey Qordon bildirib. O, Pre-COP29 çərçivəsində nazirlərin görüşünü mühüm hadisə kimi dəyərləndirib, eyni zamanda, bu toplantının önəmli platforma olaraq tərəflər arasında etimadın möhkəmləndirilməsi üçün nəzərdə tutulduğunu , COP29-un yekunları üzrə iqlim maliyyəsinin, xüsusilə İtki və Zərər Fonduna ayırmaların artacağını gözlədiyini vurğulayıb.