Karbonsuz gələcəyin “Yol xəritəsi”

post-img

Braziliyanın İqlim, enerji və ətraf mühit nazirinin müavini Andre Korrea do Laqo PRE-COP29 konfransı çərçivəsində keçirilən “Troyka ölkələri”nin “1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi” mövzusundakı tədbirdə bəşəriyyətin çətin durumda olduğunu, dövlətlərin ciddi parçalanma və pərakəndəliklə üzləşdiyini, buna baxmayaraq gələcək üçün mühüm addımların atılmasının, çoxtərəfliliyin təşviq edilməsinin zəruriliyini vurğulayıb.

Andre Korrea do Laqo daha sonra deyib: “Bir çoxu bunun nəticə verməyəcəyini düşünür, lakin çətin də olsa buna nail olmalıyıq. Biz 29-cu iqlim konfransı ilə bağlı Bakıdan yüksək nəticə gözləyirik. Braziliya çoxtərəfli legitimliyə inanır. Odur ki, beynəlxalq əməkdaşlıq istiqamətlində bizə güvənə bilərsiniz. Ümumilikdə, gördüyümüz işlər çoxtərəfliliyi təşviq etməlidir”.

Ekologiya