“COP29 iqlim dəyişmələri problemində praktiki həllər tapmağa imkan yaradır. Düşünürəm ki, COP29 bu istiqamətdə həlledici rol oynayacaq”.
AZƏRTAC xəbər verir ki, bunu PRE-COP29 konfransı çərçivəsində COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə keçirilən Troyka ölkələrinin "1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi" mövzusunda yan tədbirdə COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
O qeyd edib ki, COP29-da əsas diqqət iqlim dəyişikliyi üçün mübarizə metodları tapmağa yönələcək: “Biz təcrübələrlə yanaşı, eyni zamanda, geniş tərəfdaşlıqlar qurub, mövcud tərəfdaşlıqları inkişaf etdirəcəyik. Dayanıqlı gələcək qurmaq, 1,5 planına sadiq qalmaq bizim əsas hədəfimizdir”.