Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) idarə heyəti qlobal diqqəti cəmləşdirmək və iqlim fəaliyyətini sürətləndirmək üçün təşəbbüslərə başlayıb.
Bu fikirləri COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un fəaliyyət planını təqdim edərkən səsləndirib. O deyib ki, Azərbaycan dünya ictimaiyyətinin COP29-a ev sahibliyi etmək üçün göstərdiyi inamdan şərəf duyur. Bununla belə, ölkəmizin iqlim problemini təkbaşına həll edə bilməyəcəyini vurğulayan COP29 prezidenti dünya ictimaiyyətini həmrəyliyə çağırıb.
Qeyd edək ki, sözügedən təşəbbüslərə iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı təşəbbüsü, COP29 “yaşıl” enerji zonaları və dəhlizləri öhdəliyi, COP29 Hidrogen Bəyannaməsi və digər məsələlər daxildir.