Dünən COP29-a Ev Sahibliyi Sazişi imzalanıb

post-img

Azərbaycanla BMT-nin İqlim Dəyişiklikləri üzrə Konvensiyası COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil arasında Ev Sahibliyi Sazişi imzalanıb. 

COP29-un rəsmi “X” hesabın­dakı paylaşımda qeyd edilib ki, bu, noyabr ayında Azərbaycanda keçi­riləcək COP29-nun müvəffəqiyyətlə həyata keçirilməsi üçün hazırlığın son mərhələsidir: “Ev Sahibliyi Sa­zişi Azərbaycanın bütün tərəflərin ehtiyaclarını və prioritetlərini əks etdirən, bütün səslərin eşidiləcəyi əl­çatan, inklüziv və şəffaf bir konfrans təşkil etmək öhdəliyini vurğulayır”, – deyə paylaşımda bildirilib.

Ekologiya