İqlim konfransına tibbi xidmət göstəriləcək

post-img

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi dövrdə tibbi xidmətlərin təşkili üçün hazırlıq işlərinə başlanılıb. 

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, COP29 ilə əlaqədar ixtisaslı tibbi xidmətin göstərilməsi üçün ayrılan səhiyyə müəssisələri arasında qurumun tabeliyində fəaliyyət göstərən Yeni Klinika da yer alıb. Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov klinikada aparılan hazır­lıq prosesi ilə tanış olublar.

TƏBİB-in icraçı direktoru Vüqar Qur­banov bildirib ki, Yeni Klinikanın təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə tə­min olunmuş 10 çarpayı, uşaq təcili tibbi yardım şöbəsində 3, stasionar şöbədə 10, reanimasiya şöbəsində 4, uşaq reanimasi­ya və intensiv terapiya şöbəsində 3 çarpa­yı və 1 əməliyyatxana tibbi xidmətə zə­rurət ehtimalı nəzərə alınaraq tədbir üçün ayrılıb

Ekologiya