“İqlim savaşı”nın investisiya mənbələri

post-img

COP29 sədrliyi iqlim fəaliyyəti üçün investisiyaların cəlb olunmasını müzakirə edib. Bununla bağlı COP29-un icraçı direktoru Elnur Soltanov və COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai Dünya İqtisadi Forumunun (WEF) “İqlim fəaliyyətinin gücləndirilməsi üçün ianə” (GAEA) təşəbbüsünün nümayəndələri ilə görüşüblər. 

Bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edi­lib. “Bu gün Dünya İqtisadi Forumunun GAEA (Giving to Amplify Earth Action) təşəbbüsünün nümayəndələri ilə yaxşı müzakirələr aparıldı. Buraya iqlim fəa­liyyətinə daha çox investisiya cəlb etmək üçün xeyriyyəçilikdən necə istifadə oluna biləcəyi barədə fikir mübadiləsi daxildir”, – deyə paylaşımda qeyd edilib.

Ekologiya