Aranda yağmursuz, dağlarda yağış və duman

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, avqustun 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. 

Əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gün­düz şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə 21-26 °, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində, 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qısa­müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 34-39°, dağlarda gecə 13-18°, gündüz 21-26° isti olacaq.

Q. QASIMOV
XQ

Ekologiya