Planetlərin Günəş nizamı

post-img

Bu gün səhər saatlarında Yerin də mərkəzi olan Günəşin bir tərəfində “planetlərin paradı” müşahidə edilib. Veneradan başqa, daha 5 planet Günəşin bir tərəfinə düzülərək eyni anda görünüblər. Səmanın şərq hissəsində Merkuri, Mars, Yupiter və Uran, cənub-qərb hissəsində isə Neptun və Saturn planetləri bir-birinin ardınca düzülüblər.

Astrofizika alimləri planetlərin növbəti böyük paradının 2025-ci il fevralın 28-də baş tutacağını bildirirlər. Həmin gün axşam saatlarında Saturn, Merkuri, Neptun, Venera, Uran səma­da düzüləcək və onların şərqində Yupiter və Mars planetləri yer tutacaq. 7 planetin hamısı Günəş istiqamətində eyni tərəfdə da­yanacaq.

Məlumat üçün bildirərk ki, “Planetlərin paradı” Günəş siste­mində iki formada olur: 

– kiçik planetlərin paradı – bu hadisə Günəş sistemindəki ki­çik planetlərin, yəni Merkuri, Venera, Yer və Marsın iştirakı ilə baş verir; 

– böyük planetlərin paradı isə Uran, Saturn, Yupiter, Neptu­nun iştirakı ilə gerçəkləşir. 

Lakin bəzən bu planetlərin hamısı bir xətt boyunca düzülür ki, bu da “Planetlərin əsl paradı” adlanır.

Fidan SALMANOVA
XQ

Dünya