Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

post-img

İyulun 20-21-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən XQ-ə verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq Ordubad, Culfa, Gədəbəy, Daşkəsən, Gəncə, Tovuz, Ağstafa, Şəmkir, Balakən, Zaqatala, Qax, Şəki, Qobustan, Neftçala, Salyan, Hacıqabul və Cəlilabadda şərq küləyi arabir 13.9-20.7 metr/saniyə təşkil edəcək.

Ekologiya