“Yaşıl enerji” təhsilinə start!

post-img

Ölkəmizin peşə təhsili sistemində ilk dəfə olaraq COP29-un keçiriləcəyi ildə yeni ixtisaslar yaradılır. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov deyib. 

Onun sözlərinə görə, peşə təhsili sis­temi üçün yenilik sayılan “Alternativ enerji qurğu və avadanlıqlarının istismarı ixtisa­sı” üzrə İZİA-nın Peşə Təhsil Mərkəzinə 2 qrup üzrə 40 nəfər tələbənin qəbulu nəzərdə tutulur. Qeyd edilib ki, İsveçrə universiteti “SMBS – Swiss Montreux Business School” arasında əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq Peşə Təhsil Mərkəzində ikili diplom proqramından istifadə olunacaq. İlkin mərhələdə bu proqramdan “İnformasiya-kommunika­siya texnologiyaları üzrə texnik” ixtisası üzrə təhsil alan tələbələr faydalanacaqlar.

XQ

Ekologiya