“AzerGold” QSC-nin fəaliyyətinin prioritet istiqmətlərindən biri də ətraf mühitin mühafizəsi ilə bağlıdır. Ötən 8 ildə bu sahədə bir sıra uğurlara imza atan qurumun ekoloji monitorinq proqramına uyğun olaraq hazırda hasilat və istehsalat sahələrində hava, su və torpaq nümunələri davamlı şəkildə analiz edilir, toz, səs-küy və vibrasiya testləri aparılır.
Eyni zamanda, “AzerGold” QSC ölkədə həyata keçirilən yaşıllaşdırma tədbirlərinə də töhfə verməyə çalışır. Bu məqsədlə meşələrin bərpası səylərinə dəstək olmaq, iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün müntəzəm ekoloji aksiyalar təşkil edilir. Ötən müddətdə Daşkəsən və Göygöl rayonlarında yerləşən qızıl mədənlərinin ətrafında 16 mindən çox ağac və kol bitkisi əkilib, yerli quş və balıq növlərinin artırılması məqsədilə lazımi işlər görülüb. Bununla yanaşı, bölgədə yerləşən çay və digər su hövzələri ətrafında təmizlik aksiyaları həyata keçirilib.
XQ