Abşeronda yağmursuz, bölgələrdə yağış, duman və külək...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrome­teorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyulun 14-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 21-26°, gündüz 31-36° isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 30-35 faiz olacaq. Abşe­ron çimərliklərində gözlənilən dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nar­daran, Bilgəh, Zaqulba) 26-27° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq. Azərbayca­nın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq külə­yi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-26°, gündüz 33-38°, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya