“Masdar”ın Azərbaycanda yeni maraqları

post-img

“Masdar” şirkəti Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ilə birlikdə COP29-da iştirak etmək niyyətindədir və onun uğurla həyata keçirilməsində Azərbaycana dəstək olacağına ümid edir. Bu fikri şirkətin MDB regionu üzrə inkişaf və investisiya söbəsinin rəhbəri Məryəm Əl Mazrui deyib.

O, “Masdar”ın ölkəmizdə həyata ke­çirdiyi hər bir təşəbbüsün 2030-cu ilə qədər bərpaolunan enerji potensialının üç dəfə artırılması üzrə milli məqsədə töhfəsini verdiyini vurğulayıb. Şirkət rəs­misi COP29 çərçivəsində Azərbaycan hökuməti və “Masdar” arasında yeni sa­zişlərin bağlanmasını da istisna etməyib. Azərbaycanı təmsil etdiyi şirkət üçün əsas strateji bazar kimi dəyərləndirən Məryəm Əl Mazrui deyib: “Biz 2018–2019-cu il­lərdə Energetika Nazirliyi ilə danışıqlara başlamışıq və hazırda qüvvədə olan bir layihəmiz var. 230 meqavat gücündə Qa­radağ Günəş Elektrik Stansiyası layihəsi işə salındı və böyük uğur qazandı. “Mas­dar”, Azərbaycanın Energetika Nazirliyi və “Azərenerji” arasında strateji əmək­daşlıq vasitəsilə biz bu uğuru genişləndir­mək və inkişaf etdirməyə çalışırıq”.

Qeyd edək ki, Azərbaycanın bərpaolunan enerji potensialına xüsusi maraq göstərən “Masdar” şirkəti 2022-ci il iyu­nun 4-də Bakı Enerji Həftəsi çərçivəsində Şuşa şəhərində keçirilən forum zamanı Azərbaycanın Energetika Nazirliyi ilə “ya­şıl enerji”yə dair iki saziş imzalayıb. Hə­min səndlər isə toplam olaraq 10 giqavat gücündə enerji güclərinin yaradılmasını nəzərdə tuturdu. İki il sonra, 2024-cü il iyunun 4-də Xəzər neft-qaz sərgisi za­manı həmin sazişlərin reallaşdırılması is­tiqamətində konkret addımlar atıldı. Belə ki, həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ümumi gücü 1 giqavat olan üç böyük layihənin təməli qoyuldu. Həmin layihələrə Biləsuvarda 445 meqavatlıq, Neftçalada, Bankə qəsə­bəsində 315 meqavatlıq günəş və Bakı–Şamaxı yolunun üstündə 240 meqavatlıq Abşeron–Qaradağ külək elektrik stansi­yaları daxildir. 

XQ

Ekologiya