Abşeronda buludlu, bölgələrdə yağış, duman və külək...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyunun 14-də Bakıda və  Abşeron yarımadasında havanın  dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Günün birinci yarısında bəzi yerlərdə qısamüddətli  yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək,  gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.  Gecə 20-24°, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 50-55, gündüz 60-70  faiz  olacaq. Abşeron çimərliklərində gözlənilən. dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 30-35°,  dağlarda gecə 13-18°, gündüz 18-23° isti olacaq.  

Q.QASIMOV
XQ

 

Ekologiya