Abşeronda yağmursuz, bölgələrdə yağış və duman...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidromete­orologiya Xidmətinin verdiyi məlumata əsasən, iyunun 11-də Bakıda və  Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.  Gecə 20-23°, gündüz 27-32° isti olacaq.
Abşeronda  yağmursuz, bölgələrdə yağış və duman...
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 30-35°, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacaq.

Q.QASIMOV 
XQ

Ekologiya