Gün yağıntılı və dumanlı keçəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Na­zirliyi Milli Hidrometeorologiya Xid­mətinin verdiyi məlumata əsasən, mayın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlər­də arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərin­də qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Şi­mal-şərq küləyi əsəcək. 

Gecə 10-13°, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 60-65 , gün­düz 70-75 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şim­şək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14°, gündüz 15-20°, dağlarda gecə 3-8°, gündüz 8-13° isti olacaq. 

Q.QASIMOV
XQ

Ekologiya