Yağış, arabir də duman...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, mayın 8-də Bakıda və  Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 

Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var.  Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 10-13°, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80  faiz  olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 15-20°, dağlarda gecə 2-6°, gündüz 6-10° isti olacaq. 

Q. QASIMOV 
XQ

 

Ekologiya