Abşeronda yağmursuz, bölgələrdə leysan, duman və külək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, mayın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Gecə 11-14°, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu , nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-15°, gündüz 16-21°, dağlarda gecə 4-8°, gündüz 8-13° isti olacaq.

Q.QASIMOV 
XQ

 

Ekologiya