Yenə yağıntılı və dumanlı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən fevralın 23-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. 

Yarımadanın bəzi yerlərində intensiv­ləşəcəyi ehtimalı var. Gecə və səhər ay­rı-ayrı yerlərdə zəif duman olacaq. Müla­yim şimal-şərq küləyi əsəcək. Gecə 2-4°, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq. 

Azərbaycanın rayonlarında bəzi yer­lərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözləni­lir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehti­malı var. Arabir duman olacaq. 

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6°, gündüz 6-10° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacaq.

Q. QASIMOV
XQ

Ekologiya