Virusqabağı – nar qabığı

post-img

Pandemiya bitsə də koronovirus hələ aramızdadır. Yeni-yeni ştammları ilə insanları təhdid etməkdə davam edir. Dünyanın kabusuna çevrilən koronavirus səbəbilə ölənlərin sayı hələ də durmadan artır.

Mütəxəssisiər bildirirlər ki, virusdan qorunmaq üçün hər şeydən əvvəl hər kəs boğazını qoruma­lıdır. Çünki bu virus öncə boğazın selikli qişasına təsir edir. Buna görə onunla mübarizə boğazdan başlayır.

Nar qabığını qaynadıb içmək insanı xəstəlik­dən qoruyur. Çünki onu içəndə, çayın tərkibindəki maddə birbaşa mədəyə gedir, ağız, qida borusu və mədədəki virus təhlükəsini ortadan qaldırır. Beləliklə, nar qabığından hazırlanan çay antivirus rolunu oynayır.

Mütəxəssislər qeyd edirlər ki, virus yayıldıq­dan 48 saat sonra nar qabığından istifadə onun qarşısını almaqda xeyli müsbət təsirə malikdir. Onların fikrincə, yalnız nar qabığından yox, sa­rıkök və zəncəfillə hazırlanan çayla da virusdan qorunmaq mümkündür.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat