Abşeronda güclü külək, bölgələrdə yağıntı və duman...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti­nin verdiyi məlumata əsasən, fevralın 6-da Bakıda və Abşeron yarımadasın­da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli az yağıntılı ola­cağı ehtimalı var. Arabir güclənən cə­nub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru zəifləyəcək. Gecə 4-8°, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunun­dan 760 mm civə sütununa yüksələ­cək, nisbi rütubət 55-65 faiz olacaq. Azərbaycanın rayonlarında, əsasən, şimal və qərb rayonlarında arabir ya­ğıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Ha­vanın temperaturu gecə 1-6°, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. 

Q. QASIMOV
XQ

Ekologiya