“Vitamin D” – “De” bol olan qida ye!

post-img

Qışda D vitamini kəskin düşə bilər. Bu, həm də hormon olduğundan qidaya da diqqət edilməlidir. Mütəxəssislərin fikrincə, D vitamini orqanizmdə bir sıra sistem və proseslərdə iştirak edir.

Vitamin kalsium və fosforun mənim­sənilməsinə kömək edir. İmmun sistemini möhkəmlədir. Sinir sistemi siqnallarını ötürür. İltihab və depressiya əleyhinə tə­sir edir. Əzələ spazmını aradan qaldırır. Profilaktik doza 1000 vahidə qədərdir. 

D vitamini əskikliyinin əlamətləri – yorğunluq, halsızlıq, əzələ ağrıları, qıcol­ma, sümük əriməsi və ağrıları, yuxusuz­luq, təşviş, depressiya, dırnaq və saçların qırılması, diş tökülməsi, qəbizlikdir.

D vitamini ilə zəngin bitki tərkibli (D2) və heyvani tərkibli (D3) qidalar var.

D vitamini ilə zəngin qidalar bunlardır:

1. Qızıl balıq, okean, dəniz balıqları – 100 qramında günlük normanın 50 faizi var.

2. Yumurta (təbii ki, kənd yumurtası) sarısı – bir sarıda 35 vahid D vitamini olur.

3. Balıq qaraciyəri, balıq konservi.

4. Göbələk – meşədə, talada yetişən. 1 porsiyada 300–500 vahid D vitamini var.

5. Süd məhsulları, yoqurt, kərə yağı.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat