İsti olacaq, dağlıq ərazilərdə qısamüddətli yağış yağacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeo­rologiya Xidmətinin verdiyi məlumata əsasən iyulun 20-də Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olu­nacaq.Gecə 20-25° , gündüz 29-34° isti olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şi­mal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq. Azərbaycanın rayon­larında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağ­lıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxaca­ğı ehtimalı var. Səhər bəzi dağlıq rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° , gündüz 30-35° , dağlarda gecə 10-15°, gündüz 16-21° isti olacaq. 

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya