Sürücülərin yuxusunu qaçıran eynək

post-img

NASA 13 yaşlı pakistanlı Bisma Salangini ixtirasına görə ABŞ-a dəvət edib. O, sürücülərin sükan arxasında yatmasının qarşısını almağa kömək edən yeni eynək hazırlayıb. 

Bu eynəklər yol qəzalarının sayını qismən də olsa azaldacaq, piyadaların baş verə biləcək yol-nəqliyyat hadisələ­rindən qorunmasını təmin edəcək. Yer­li xəbər saytlarına verdiyi müsahibədə Bisma Salangi pakistanlıların istedadlı olduğunu və qeyri-adi şeylərə nail ol­maq üçün əzm və qətiyyətlə çalışdıq­larını bildirib. 

F.SALMANOVA, “Xalq qəzeti”

Dünya