Elastik, bükülən “iPhone” hazırlanacaq

post-img

Texnologiya sənayesindəki yeniliyi ilə tanınan “Apple” hələ rəqibləri kimi qatlana bilən smartfon təqdim etməyib. Lakin şirkət ilk dəfə “rulon formasında” “iPhone” hazırlamağı planlaşdırır. 

“iPhone” yuvarlananda ekran silindr şəklini alacaq. Telefonun daxili hissə­sindəki örtüklər polimid, xarici təbəqə isə polimer materialdan hazırlanacaq. Patenti alınmış məhsulun dizaynında ekranı cızıqlardan və digər zədələrdən qorumaq üçün şüşə örtüklə yanaşı, ləkə, duman və əksetdirmə əleyhinə antistatik təbəqə də olacaq. 

Digər tərəfdən, məhsulun faktiki sa­tışa çıxarılmasına zəmanət verilməsə də, 2024-cü ildən sonra hazırlanması proqnozlaşdırılır. Şirkətin məqsədi mo­bil cihazların görünüşlərini istənilən şə­kildə formalaşdırmaqdır. 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya