Yüksək təzyiqə qarşı vitamin

post-img

Təzyiqin yüksəlməsi birbaşa ürəyə təsir edir. Qan axının sürətlənməsi nəticəsində baş verən xəstəlik müalicəyə asanlıqla tabe olmur. 

Hipertoniklər əsasən B3 vitamin tərkibli qidalar qəbul etməklə xəstəliyin qarşısını ala bilərlər. Həkim Yelena Ma­lışevanın sözlərinə görə, hipertoniya­dan qorunmaq üçün rasiona vitamin B3 (niasin) olan qidalar daxil edilməlidir. Onun fikrincə, niasinin damar genişləndirici təsiri təzyiqin artmasının qarşısını alır. 

Y.Malışeva bildirir ki, kifayət qədər vitamin B3 qəbul edən insanlarda hipertoniyaya tutulma riski 35 faiz azalır. Maddənin mənbələri çovdar çörəyi, qarabaşaq yarması, lobya, qoz-fındıq, təmizlənməmiş taxıl, yumurta sarısı, süd, ət, göbələk, ananas kimi məhsullardır. B3 vitamini ən çox ma­yada olur. 

Davamlı yüksək qan təzyiqi böyrək damarlarının da­ralması səbəbindən də ola bilər. Bu daralma nəticəsində böyrəklərə qan tədarükü azalır və qoşalaşmış orqan bunu qan təzyiqinin azalması kimi qəbul edir və təzyiqi artırmaqla problemi kompensasiya etməyə çalışır. Xəstə antihiperten­ziv dərmanlar qəbul etsə də köməyi olmur. 

Ona görə də yüksək təzyiqi olanlar öncə onun yaranma səbəbini araşdırmalıdırlar. 

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat