Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən iyulun 9-da Bakıda və Abşeron yarımadasında günəşli olacaq. Şimal-şərq küləyi əsəcək.
Gecə 22-27°, gündüz 35-39° isti, bəzi yerlərdə 41° olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° , gündüz 35-40° , bəzi yerlərdə 42° , dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacaq.
Q. QASIMOV, “Xalq qəzeti”