Əsasən, yağmursuz keçəcək, lakin dağlıq ərazilərə yağıntı düşəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazir­liyi Milli Hidrometeorologiya Xidməti­nin məlumatına əsasən iyunun 25-də Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Gecə 17-22°, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 50-60 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq. Azərbaycanın rayonların­da əsasən yağmursuz keçəcək. La­kin gündüz bəzi dağlıq ərazilərdə qı­samüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 30-35°, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacaq. 

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya