Bişkekdə gənc türkoloqların yay məktəbi

post-img

Bişkekdə Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı və Türkiyə Elmlər Akademiyası (TÜBA) Manas Qırğızıstan-Türkiyə Universitetinin dəstəyi ilə Gənc Türkoloqlar Yay Məktəbinin açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən Beynəlxalq Türk Akademiyasının pre­zidenti, akademik Şahin Mustafayev türkologiyanın dəyərlərə əsaslanan və müasir dövlət quruculuğunu hədəfləyən bir elm sahəsi olduğunu bildirib. O, tür­koloqların bir-biri ilə Türk dövlətləri üçün ortaq məsələlərin müzakirəsini aparma­sının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq Türk Aka­demiyasının təşkil etdiyi “Gənc Türko­loqlar Yay Məktəbi” türkşünaslıq, türk tarixi, türk ədəbiyyatı, antropologiya, mədəniyyətşünaslıq və arxeologiya sahələrində çalışan və tədqiqatlar apa­ran gənc alimlərə dəstək məqsədilə ke­çirilib.

İyunun 19-dan 26-dək davam edən Yay Məktəbi çərçivəsində Türk Dünya­sının tarixi, arxeologiyası, dili və ədə­biyyatı ilə bağlı gündəlik mühazirələr və texniki seminarlar, işçi qruplarda müza­kirə sessiyaları və mədəni tədbirlər baş tutacaq.

Tədbirdə Türkiyə Elmlər Akademi­yasının prezidenti Muzaffər Şəkər, Qır­ğızıstan-Türkiyə Manas Universitetinin rektoru Alpaslan Ceylan, türk dünyası­nın, eləcə də Azərbaycan, Qazaxıstan, Qırğızıstanın tanınmış ali təhsil ocaqla­rının professorları, Türkiyə, Türkmənis­tan, Özbəkistan, Macarıstan, Monqo­lustan, Bosniya və Herseqovina, Şimali Makedoniya, Şimali Kipr Türk Respub­likası, Başqırdıstan və Tatarıstandan olan gənc alimlər iştirak ediblər.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

Sosial həyat